BAKI, 16 may - Sputnik. İsrailin Givat-Zeev yaşayış məntəqəsində sinaqoqun tribunası çöküb, xeyli adam yaralanıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Magen David Adom təcili tibbi yardım xidmətinin işçiləri məlumat veriblər.
"19:14-də Qüdsün bir rayonundakı sinaqoqda onlarla adamın olduğu tribunanın çökməsi barədə Təcili Yardım xidmətinə məlumat daxil olub", - tibb işçiləri deyiblər.
KAH dövlət telekanalı bildirib ki, xəsarət almış 60 nəfərə tibbi yardım göstərilir, onlardan onunun vəziyyəti ağırdır. Həmçinin qeyd olunur ki, 1 nəfər həlak olub. Xatırladaq ki, bu yaxınlarda, aprelin 30-da Meron dağı yaxınlığında keçirilən Laq Ba-Omer dini mərasimi zamanı yaranan izdihamda 44 nəfər həlak olmuşdu.
Eləcə də oxuyun: