BAKI, 10 may — Sputnik. İtaliyada 23 yaşlı qadına səhvən 6 doza həcmində Pfizer vaksini vurulub. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, hazırda həmin qadın xəstəxanada müşahidə altında saxlanılır.
Verilən məlumata görə, vaksinasiyadan sonra maye və dərman qəbul edən qadının vəziyyəti yaxşıdır. İddia edilir ki, vaksinasiya zamanı tibb bacısı səhvən 1 doza əvəzinə bütün bir şüşəni gənc qadının qoluna inyeksiya edib. Əvvəlcədən aparılmış araşdırmalar göstərir ki, Pfizer vaksininin ən yüksək həddi 4 doza ola bilər. Hadisə barədə İtaliya tibbi nəzarət xidmətinə məlumat verilib. Qeyd edək ki, bundan əvvəl ABŞ, Avstraliya, Almaniya və İsraildə də belə hadisələr yaşanıb.
Eləcə də oxuyun:
* Vaksinasiya mövsümi xarakter daşıya və hər il ola bilər - nazir əvəzi
* On səkkiz yaşdan yuxarı olan hər bir Azərbaycan vətəndaşının vaksinasiyasına start verilir
* "Böyrək xəstəliyi olanlar vaksin oluna bilərmi?" sualına aydınlıq gətirildi