BAKI, 6 may — Sputnik. “Ölkəmizdə tətbiq olunan hər bir vaksin təhlükəsizdir”.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.
O bildirib ki, may ayının 10-dan etibarən Azərbaycanın bütün ərazisində 18 yaşına çatmış bütün vətəndaşlar vaksinasiyaya qatıla bilər: "18 yaşdan yuxarı olan hər bir Azərbaycan vətəndaşını vaksinasiyaya qoşulmağa çağırıram”.