İlon Mask yeni ampluada: yumor verilişi aparacaq

© AP Photo / Jae C. HongИлон Маск, фото из архива
Илон Маск, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.04.2021
Abunə olmaq
Axşamçağı efirə gedəcək Saturday Night Live musiqili-yumoristik verilişinin növbəti mövsümünün premyerası mayın 8-də olacaq.

BAKI, 25 aprel - Sputnik. "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask ampluasını dəyişərək yumoristik veriliş aparmaq qərarına gəlib.

Sputnik Azərbaycan The Hollywood Reporter-ə istinadən bildirir ki, onun ilk qonağı da artıq bəllidir - tanınmış amerikalı müğənni Mayli Sayrus.

Axşamçağı efirə gedəcək Saturday Night Live musiqili-yumoristik verilişinin növbəti mövsümünün premyerası mayın 8-də olacaq.

​Mask ömründə ilk dəfə bu şounun aparıcısı olacaq. Mayli üçün isə Saturday Night Live-ın qonağı olmaq ilk təcrübə deyil. Veriliş barədə məlumatları NBC telekanalı təsdiqləsə də, detallarını hələ ki gizli saxlayır.

Mask Tesla maşınının qəzaya uğraması xəbərindən sonra 5 milyard dollar itirmişdi. Texasda baş verən qəzada iki nəfər ölmüşdü. 

Tanınmış biznesmen həmçinin özünü "Marsın imperatoru" adlandırması ilə də gündəmə gəlmişdi. Bu, onun özünə verdiyi ikinci addır: o, "Tesla" elektromobillərini istehsal edən şirkətdəki baş direktor vəzifəsinin adını dəyişib "Technoking", yəni "texnokral" adlandırmışdı.

 

Xəbər lenti
0