BAKI, 25 aprel - Sputnik. "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask ampluasını dəyişərək yumoristik veriliş aparmaq qərarına gəlib.
Sputnik Azərbaycan The Hollywood Reporter-ə istinadən bildirir ki, onun ilk qonağı da artıq bəllidir - tanınmış amerikalı müğənni Mayli Sayrus.
Axşamçağı efirə gedəcək Saturday Night Live musiqili-yumoristik verilişinin növbəti mövsümünün premyerası mayın 8-də olacaq.
Elon Musk to Host ‘SNL’ with Miley Cyrus as Musical Guest https://t.co/wFu7yZnTPF
— The Hollywood Reporter (@THR) April 24, 2021
Mask ömründə ilk dəfə bu şounun aparıcısı olacaq. Mayli üçün isə Saturday Night Live-ın qonağı olmaq ilk təcrübə deyil. Veriliş barədə məlumatları NBC telekanalı təsdiqləsə də, detallarını hələ ki gizli saxlayır.
Mask Tesla maşınının qəzaya uğraması xəbərindən sonra 5 milyard dollar itirmişdi. Texasda baş verən qəzada iki nəfər ölmüşdü.
Tanınmış biznesmen həmçinin özünü "Marsın imperatoru" adlandırması ilə də gündəmə gəlmişdi. Bu, onun özünə verdiyi ikinci addır: o, "Tesla" elektromobillərini istehsal edən şirkətdəki baş direktor vəzifəsinin adını dəyişib "Technoking", yəni "texnokral" adlandırmışdı.