05:04 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
DÜNYA
Qısa URL
14 0 0

NATO bu fikir ayrılıqlarının, anlaşmazlıqların, problemləri müzakirə etmək və həllini tapmaq üçün yaxşı bir platformadır.

BAKI, 10 mart — Sputnik. "Türkiyə önəmli bir müttəfiqdir. Xəritəyə baxdığınızda nə qədər önəmli olduğunu görə bilərsiniz".

Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Stanford Universiteti Beynəlxalq Təhlükəsizlik və İşbirliyi Mərkəzi tərəfindən keçirilən konfransda çıxışı zamanı NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

"Türkiyə İraq və Suriyaya ilə sərhədi olduğuna, İŞİD-lə mübarizədə əldə olunan nailiyyətlərə, İŞİD-in nəzarət etdiyi bölgələrdə milyonlarla insanın azad olunmasında oynadığı rola görə çox böyük önəm daşıyır", - deyə Stoltenberq vurğulayıb.

Türkiyənin Rusiyadan "S-400" Hava Hüvcumundan Müdafiə sistemləri alması ilə bağlı suala cavab verən Stoltenberq bildirib ki, NATO müttəfiqləri arasında fikir ayrılıqları yeni bir şey deyil:

"NATO bu fikir ayrılıqlarının, anlaşmazlıqların, problemləri müzakirə etmək və həllini tapmaq üçün yaxşı bir platformadır".

Teqlər:
"S-400" raket sistemi, S-400, Türkiyə, baş katibi Yens Stoltenberq, Yans Stoltenberq, Jens Stoltenberq, NATO

Əsas mövzular