BAKI, 10 mart — Sputnik. "Türkiyə önəmli bir müttəfiqdir. Xəritəyə baxdığınızda nə qədər önəmli olduğunu görə bilərsiniz".
Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Stanford Universiteti Beynəlxalq Təhlükəsizlik və İşbirliyi Mərkəzi tərəfindən keçirilən konfransda çıxışı zamanı NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
"Türkiyə İraq və Suriyaya ilə sərhədi olduğuna, İŞİD-lə mübarizədə əldə olunan nailiyyətlərə, İŞİD-in nəzarət etdiyi bölgələrdə milyonlarla insanın azad olunmasında oynadığı rola görə çox böyük önəm daşıyır", - deyə Stoltenberq vurğulayıb.
Türkiyənin Rusiyadan "S-400" Hava Hüvcumundan Müdafiə sistemləri alması ilə bağlı suala cavab verən Stoltenberq bildirib ki, NATO müttəfiqləri arasında fikir ayrılıqları yeni bir şey deyil:
"NATO bu fikir ayrılıqlarının, anlaşmazlıqların, problemləri müzakirə etmək və həllini tapmaq üçün yaxşı bir platformadır".