02:09 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
DÜNYA
Qısa URL
20 0 0

Opra Uinfriyə müsahibəsində Meqan kral ailəsinə xas öhdəlikləri yerinə yetirdiyi zaman özünəqəsd haqda fikirləşdiyini də söyləyib.

BAKI, 8 mart - Sputnik. Britaniya şahzadəsi Harrinin xanımı Meqan Markl deyib ki, kral ailəsində onun oğlu Arçinin dərisinin rəngi "müzakirə obyekti olub". 

Şahzadə Çarlz, arxiv şəkli
© AP Photo / Kirsty Wigglesworth, File

Sputnik Azərbaycan CBS-ə istinadən bildirir ki,bu barədə Meqan Opra Uinfriyə müsahibəsində etiraf edib. 

Onun sözlərinə görə, hamilə olduğu vaxt Bukingem sarayında onun övladının dərisinin rəngi, ona titul verilməyəcəyi, eləcə də bunun cəmiyyətin gözündə necə dəyərləndiriləcəyi barədə müzakirələr aparılırmış. Ancaq Sasseks hersoginyası bu məsələni qaldıranların adlarını açıqlamaq istəməyib, çünki bu, "onlara böyük zərbə vura bilər". 

Müsahibədə Meqan həmçinin kral ailəsinə xas öhdəlikləri yerinə yetirdiyi zaman özünəqəsd haqda fikirləşdiyini də söyləyib. 

2020-ci ilin yanvarında Harri ilə Meqan kral ailəsinin böyük üzvləri öhdəliklərindən imtina etməyi və Bukingüm sarayından maliyyə cəhətdən asılı olmamağı qərara alıblar.

 

Teqlər:
irqçi, Bukingem sarayı, Meqan Markl

Əsas mövzular