Britaniya şahzadəsi oğlu və gəlininin pulunu kəsib

© AP Photo / Kirsty Wigglesworth, FileПринц Уэльский Чарльз, фото из архива
Принц Уэльский Чарльз, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Britaniya şahzadəsi Çarlz oğlu Şahzadə Harri və onun həyat yoldaşı Meqan Markla maliyyə yardımı göstərməyi dayandırıb.

BAKI, 10 sentyabr — Sputnik. Şahzadə Çarlz (Charles) oğlu Şahzadə Harri (Harry) və onun həyat yoldaşı Meqan Markla (Megan Markle) maliyyə yardımı göstərməyi dayandırıb. Meqan və Harri ABŞ-a gedəndən sonra Çarlz onlara cari xərclər üçün pul verib. "People" jurnalının mənbələri Meqan və Harrinin bu xərcləri lap əvvəldən öz üzərlərinə götürdükləri üçün Çarlzın oğlunun ailəsinin mühafizəsini maliyyələşdirmək məcburiyyətində olmadığını vurğulayır.

Aprel ayının 1-dən etibarən Şahzadə Harri və Meqan Markl Britaniya kral ailəsi üzvlərinin vəzifələrini yerinə yetirməyi dayandırıb. ABŞ-a köçmək, işləmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etmək üçün onlar "Kral həzrətləri" müraciət formasından və "Sussex Royal" dövlət maliyyələşməsi və ticarət markasından imtina etməli olublar.

Meqan Marklın maddi varidatı Harri ilə tanışlıqdan əvvəl beş-yeddi milyon dollar qiymətləndirilirdi. Bu məbləğin böyük hissəsini "Fors-majorlar" serialında oynadığı rola görə aldığı qonorar təşkil edirdi. Müxtəlif hesablamalara görə, Harri anasının ölümündən sonra 25-dən 40 milyon funt sterlinqə qədər vəsaitə sahib olub. O, bunu şahzadə Diana və böyük nənəsi, Kraliça Elizabetin (Elizabeth) anası tərəfindən miras olaraq alıb.

Sentyabr ayında Harri və Meqan məşhur "Netflix" videoservisi üçün film və serialların çəkilişinə dair razılıq əldə edib. Bu iş birliyinin maliyyə detalları açıqlanmayıb. Cütlüyün daha bir gəlir mənbəyi ictimai çıxışlardır. "Daily Mirror"-un məlumatına görə, hər bir tədbir üçün onlar bir milyon dollar ala bilərlər.

Xəbər lenti
0