Həcc ziyarəti yalnız bir şərtlə mümkün olacaq

© AFP 2024 / BANDAR ALDANDANIМусульманские паломники совершают обход вокруг Каабы, фото из архива
Мусульманские паломники совершают обход вокруг Каабы, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.03.2021
Abunə olmaq
Səudiyyə Ərəbistanının səhiyyə naziri Tevfik ər-Rəbia Məkkə ziyarətinə yollanacaq zəvvarlarla bağlı əmr verdi.

BAKI, 2 mart — Sputnik. Səudiyyə Ərəbistanı bu il həcc ziyarəti ilə bağlı yeni şərt irəli sürüb: hacı olmaq istəyənlər mütləq COVID-19-a qarşı peyvənd olunmalıdırlar.

"Ukaz" qəzetinin yaydığı xəbərə görə, Səudiyyə Ərəbistanının səhiyyə naziri Tevfik ər-Rəbia bildirib ki, Məkkəni ziyarət etmək istəyənlər COVID-19-a qarşı peyvəndi olunmaq məcburiyyətindədirlər.

Nazir Məkkə, Mədinə və digər müqəddəs yerlərdəki səhiyyə müəssisələrinin tibb işçiləri ilə təmin olunmasına hazırlıq görülməsi ilə bağlı tapşırıq verib.

Xəbərdə nazirin hacılar üçün xüsusi COVID-19 komissiyasının yaradılması ilə bağlı əmr verdiyi də bildirilir.

Xəbər lenti
0