BAKI, 2 mart — Sputnik. Səudiyyə Ərəbistanı bu il həcc ziyarəti ilə bağlı yeni şərt irəli sürüb: hacı olmaq istəyənlər mütləq COVID-19-a qarşı peyvənd olunmalıdırlar.
"Ukaz" qəzetinin yaydığı xəbərə görə, Səudiyyə Ərəbistanının səhiyyə naziri Tevfik ər-Rəbia bildirib ki, Məkkəni ziyarət etmək istəyənlər COVID-19-a qarşı peyvəndi olunmaq məcburiyyətindədirlər.
Nazir Məkkə, Mədinə və digər müqəddəs yerlərdəki səhiyyə müəssisələrinin tibb işçiləri ilə təmin olunmasına hazırlıq görülməsi ilə bağlı tapşırıq verib.
Xəbərdə nazirin hacılar üçün xüsusi COVID-19 komissiyasının yaradılması ilə bağlı əmr verdiyi də bildirilir.