18:15 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
32 0 0

Pompeonun fikrincə, sanksiyaların tətbiqi "ABŞ-ın CAATSA-nın 231-ci bəndini tamamilə tətbiq edəcəyinə və Rusiyanın müdafiə və kəşfiyyat sektoru ilə əhəmiyyətli əməliyyatlara dözməyəcəyinə dair açıq bir siqnal" verir

BAKI, 30 dekabr — Sputnik. "S-400" zenit-raket kompleksləri ilə bağlı Türkiyə Birləşmiş Ştatlarla ortaq qrup formalaşdırıb texniki görüşlərə başladı. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 2020-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

"ABŞ-dan sanksiya qərarından sonra bizə ortaq işləyək deyə təklif gəldi. Biz o təkliflə razılaşdıq və görüşlər də başladı. Sanksiya qərarı yanlışdır, təktərəfli sanksiya müttəfiqliyə uyğun deyil. 2021-ci ildə ABŞ-ın yeni rəhbərliyi ilə münasibətləri irəlilətmək niyyətindəyik. Ümid edirəm, yeni rəhbərlik də bu anlayışda olar", - deyə Çavuşoğlu qeyd edib. 

Xatırladaq ki, dekabrın 14-ü rəsmi Vaşinqton Türkiyə Müdafiə Sənayesi Katibliyinə, onun rəhbəri İsmayıl Dəmir və digər üç səlahiyyətlisinə sanksiya tətbiq edib.

ABŞ-ın dövlət katibi Mayk Pompeonun izah etdiyi kimi, bu qərar Rusiyanın zenit raket sistemlərinin Ankara tərəfindən satın alınması ilə əlaqədardır. O, Türkiyəni ABŞ-la koordinasiya şəraitində "S-400" problemini "dərhal" həll etməyə çağırıb.

Sergey Lavrov və Mövlud Çavuşoğlu Soçidə görüş zamanı
© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation

"Türkiyə ABŞ üçün dəyərli bir ortaq və əhəmiyyətli bir regional təhlükəsizlik tərəfdaşıdır. Türkiyənin sərəncamındakı "S-400" maneəsini ən qısa müddətdə aradan qaldıraraq müdafiə sektorundakı onilliklər boyu mövcud olan məhsuldar əməkdaşlıq tariximizi davam etdirmək istəyirik", - Pompeonun yazılı açıqlamasında deyilir.

Pompeonun fikrincə, sanksiyaların tətbiqi "ABŞ-ın CAATSA-nın (Sanksiyalar aktı ilə Amerikanın düşmənlərinə qarşı mübarizə aktı - red.) 231-ci bəndini tamamilə tətbiq edəcəyinə və Rusiyanın müdafiə və kəşfiyyat sektoru ilə əhəmiyyətli əməliyyatlara dözməyəcəyinə dair açıq bir siqnal" verir.

"CAATSA-nın 231-ci bəndi və bugünkü fəaliyyət Türkiyə, yaxud ABŞ-ın hər hansı digər müttəfiqinin və ya ortağının hərbi qabiliyyətini və döyüş hazırlığını sarsıtmaq məqsədi daşımır. Əksinə, Rusiyanın genişmiqyaslı zərərli hərəkətlərinə cavab olaraq bir bədəl ödəməsini hədəfləyir", - Dövlət Departamentinin açıqlamasında deyilir.

Teqlər:
danışıqlar, Mövlud Çavuşoğlu, ABŞ, Türkiyә, S-400

Əsas mövzular