23:31 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
5820

Defence Express-in yazdığına görə, bu cür PUA-ların əsas xüsusiyyəti idarə məsafəsinin 300 km-dək artırılması və ümumiyyətlə "idarəetmə məsafəsi" anlayışını aradan qaldıran peyk rabitəsi sistemi olacaq.  

BAKI, 5 dekabr - Sputnik. Türkiyənin "Baykar Makina" aviatikinti şirkəti yeni zərbə pilotsuz uçan aparat Bayraktar TB2-nin S versiyasının sınaq görüntülərini yayıb.

Sputnik Azərbaycan bildirir ki, Rusiya mətbuatı onu öz ölkələrinin istehsalı olan "Pantsir" zenit raket-top kompleksinin "qatili" adlandırır.

​Yeni Bayraktar TB2S müdafiə olunmuş peyk rabitəsi kanalı ilə fərqlənir. 

Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-polkovnik Ruslan Xomçak 2021-ci ildə bu cür PUA-ları alacaqlarını deyib. Noyabrda Defence Express  yazırdı ki, Bayraktar TB2S-i "Qara və Azov dənizlərinin sahil xəttini qorumaq üçün oraya yönləndirməyi planlaşdırırlar". Nəşrin yazdığına görə, bu cür PUA-ların əsas xüsusiyyəti idarə məsafəsinin 300 km-dək artırılması və ümumiyyətlə "idarəetmə məsafəsi" anlayışını aradan qaldıran peyk rabitəsi sistemi olacaq.  

 

Teqlər:
video, "Pantsir" zenit raket-top kompleksi, zərbə, PUA, Baykar Makina, Bayraktar TB2S, Bayraktar

Əsas mövzular