BAKI, 5 dekabr - Sputnik. Türkiyənin "Baykar Makina" aviatikinti şirkəti yeni zərbə pilotsuz uçan aparat Bayraktar TB2-nin S versiyasının sınaq görüntülərini yayıb.
Sputnik Azərbaycan bildirir ki, Rusiya mətbuatı onu öz ölkələrinin istehsalı olan "Pantsir" zenit raket-top kompleksinin "qatili" adlandırır.
Test ve eğitim için havalanan #BayraktarTB2/S SİHA ile kol uçuşunda...#MilliTeknolojiHamlesi ✈️🚀🇹🇷 pic.twitter.com/oR7Sc6nbrc
— BAYKAR (@Baykar_Savunma) December 4, 2020
Yeni Bayraktar TB2S müdafiə olunmuş peyk rabitəsi kanalı ilə fərqlənir.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-polkovnik Ruslan Xomçak 2021-ci ildə bu cür PUA-ları alacaqlarını deyib. Noyabrda Defence Express yazırdı ki, Bayraktar TB2S-i "Qara və Azov dənizlərinin sahil xəttini qorumaq üçün oraya yönləndirməyi planlaşdırırlar". Nəşrin yazdığına görə, bu cür PUA-ların əsas xüsusiyyəti idarə məsafəsinin 300 km-dək artırılması və ümumiyyətlə "idarəetmə məsafəsi" anlayışını aradan qaldıran peyk rabitəsi sistemi olacaq.