21:52 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
25320

Rəyi soruşulan ekspertlər belə bir qənaətə gəliblər ki, fotoda Rusiya istehsalı olan MiQ-29 döyüş təyyarələri, həmçinin hərbçilərdən birinin əlində AK-74 tipli avtomat təsvir edilib.

BAKI, 15 sentyabr — Sputnik. Donald Trampın seçkiqabağı qərargahı noyabrda ABŞ-da keçiriləcək seçkiyə həsr olunmuş reklam kampaniyasında Rusiya təyyarələrinin və avtomatlarının təsvir olunduğu fotodan istifadə edib.

Sputnik Azərbaycan "Politico" qəzetinə istinadən xəbər verir ki, "Qoşunlarımızı Dəstəklə" çağırışı olan plakatda hərbçilərin siluetləri və fonda uçan üç döyüş təyyarəsi təsvir edilib.

​Qəzet tərəfindən rəyi soruşulan ekspertlər belə bir qənaətə gəliblər ki, fotoda Rusiya istehsalı olan MiQ-29 döyüş təyyarələri, həmçinin hərbçilərdən birinin əlində AK-74 tipli avtomat təsvir edilib.

ABŞ-da prezident seçkisi noyabrın 3-də keçiriləcək. Hazırkı dövlət başçısı Donald Tramp ikinci müddətə namizədliyini irəli sürüb və demokratların namizədi Co Bayden ilə mübarizə aparacaq.

Əlaqədar

Əlac Trampa qalıb - Baydenin prezident seçilməsinin dəhşətli nəticələri açıqlanıb
Trampdan özünəməxsus yardım: “Bunu 10000-ə satın” - VİDEO
Putinin cavabsız zəngi Trampı özündən çıxarıb
Tramp demokratları günahlandırdı: "Sizə görə Rusiyadan neft almaq məcburiyyətindəyik"
Trampın acığına keçmiş rəqibinə 100 milyon dollar verəcək

Əsas mövzular