17:04 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
24 0 0

Avqustun 4-ü Beyrutda güclü partlayışlar baş verib. Livanda partlayış nəticəsində həlak olan Türkiyə vətəndaşlarının sayı 6-ya yüksəlib

BAKI, 5 avqust — Sputnik. Beyrutda baş verən partlayış nəticəsində 10 xilasedici həlak olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Livanın yerli "LBCI News" telekanalı məlumat yayıb.

"Biz Beyrutun yanğınsöndürən komandasının on üzvünü itirmişik", - deyə Beyrutun qubernatoru Marvan Abbuda bildirib.

Bu arada Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" səhifəsində qeyd edib ki, Livanda partlayış nəticəsində həlak olan Türkiyə vətəndaşlarının sayı 6-ya yüksəlib. Daha 6 Türkiyə vətəndaşı isə yaralanıb.

​Qeyd edək ki, avqustun 4-ü Beyrutda güclü partlayışlar baş verib. Biri digərindən güclü olan iki partlayış şəhərin liman hissəsində yerləşən anbar binalarında baş verib.

İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

Güclü partlayışlar nəticəsində həlak olanların sayı artıq 100 nəfəri ötüb, dörd mindən çox adam yaralanıb. Bununla yanaşı, Livan hakimiyyəti çoxlu sayda itkin düşmüş şəxslərin olması səbəbindən qurbanların sayının artacağını gözləyir.

Əlaqədar

Xirosima və Naqasaki kimi: Beyrutdakı dəhşətli partlayışın nəticələri
Beyrutdakı partlayışda baş nazirin ailəsi xəsarət alıb - VİDEO
XİN: Beyrutda partlayışda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat yoxdur
Tramp Beyrutdakı partlayışı niyə "hücum" hesab etdiyini açıqlayıb
Qafqazdan Afrikaya – Beyrutdakı partlayışın detalları

Əsas mövzular