Koroavirusa yoluxanların sayı 9 milyona yaxınlaşır

© © Simon Dawson/Pool via REUTERSТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkələr üzrə koronavirusa yoluxanların sayına görə ABŞ liderdir. Bu ölkədə 2 milyon 255 mindən çox insan virusa yoluxub. İkinci yerdə 1 milyondan çox yoluxanla Braziliya gəlir. Üçüncü yerdə isə Rusiyadır 576 min yoluxma.

BAKI, 21 iyun – Sputnik. Dünyada yeni növ koronavirusa yoluxanların sayı 9 milyon nəfərə yaxınlaşır.

 Президент РФ Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Yapon siyasətçidən "öncəgörmə": Koronavirusdan sonra dünya nizamını...

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.

Hesabata əsasən, ötən gün dünyada koronavirusa 113 min nəfər yoluxub, yoluxanların ümumi sayı 8 770 629 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 464 039 nəfəri vəfat edib, 4,34 milyon nəfəri isə sağalıb.

Ölkələr üzrə koronavirusa yoluxanların sayına görə ABŞ liderdir. Bu ölkədə 2 milyon 255 mindən çox insan virusa yoluxub. İkinci yerdə 1 milyondan çox yoluxanla Braziliya gəlir. Üçüncü yerdə isə Rusiyadır 576 min yoluxma. Rusiya həm də Avropada birincidir.

Ölənlərin sayına görə də ABŞ və Braziliya ilk iki yeri bölüşürlər – müvafiq olaraq 119 və 50 min. Üçüncü yerdə 42 min 674 vəfat edənlə Böyük Britaniyadır.

Xəbər lenti
0