20:18 14 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
3 0 0

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının mərkəzi qərargahında işləyən katibədə koronavirus aşkarlanıb

BAKI, 13 iyun — Sputnik. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Orxan Sarıbalın katibəsində koronavirus aşkarlanıb.

Sputnik Azərbaycan "Ahaber"ə istinadla xəbər verir ki, xəstələnən katibə ilə təmasda olan bütün əməkdaşların 14 gün işə gəlməməsi istənilib və test ediləcəkləri bildirilib.

Məlumata görə, koronavirus ilk olaraq katibənin həyat yoldaşında aşkarlanıb. Katibə də test verdikdən sonra xəstəlik təsdiqlənib. Bundan başqa, qadağaya baxmayaraq katibənin yoldaşının da CHP-nin mərkəzi qərargahına gedib-gəldiyi öyrənilib.

CHP rəhbərliyi Sarıbalın katibəsi ilə təmasda olan bütün işçilərə 14 gün icazə verib. Partiyanın mərkəzi qərargahında işləyənlər test verəcəklər. Orxan Sarıbal da test verəcək.

Qeyd edilir ki, bu zaman içərisində Orxan Sarıbal Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu ilə də görüşüb.

Əsas mövzular