CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlılar karantində otura-otura Türkiyədə özlərinə mülklər alıblar

© Sputnik / Aleksandr Vilf / Mediabanka keçidСтамбул, Турция
Стамбул, Турция - Sputnik Azərbaycan
Abunə olmaq
2020-ci ilin aprel ayının nəticələrinə görə, Türkiyədə qeyri-leqal mənzil alan əcnəbilər arasında Azərbaycan Respublikasının vətəndaşları yeddinci yerdədirlər.

BAKI, 2 iyun — Sputnik. Koronavirus pandemiyası Türkiyədə daşınmaz əmlakın satışında kəskin azalmaya gətirib çıxarıb. Lakin azərbaycanlılar bütün aprel ayı boyunca karantin şəraitində yaşamalarına baxmayaraq, qonşu ölkədə ən aktiv mənzil alıcıları sırasında qalıblar.

Sputnik Azərbaycan Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatlarına istinadən xəbər verir ki, 2020-ci ilin aprelində azərbaycanlılar Türkiyədə 35 mənzil alıblar ki, bu da 2019-cu ilin aprelində alınan mənzillərdən 52 mənzil, yaxud 59,8% azdır.

Amma hətta belə azalma ilə belə azərbaycanlılar Türkiyədə daşınmaz əmlak alan əcnəbilər arasında ən fəal alıcılardır. Nəzərə alsaq ki, koronavirus pandemiyası şəraitində əcnəbilər ümumilikdə bu ölkədə apreldə cəmi 796 mənzil əldə ediblər. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 4,7 dəfə azdır.

Qeyd etmək lazımdır ki, Türkiyədə daşınmaz əmlaka xarici dövlətlərin vətəndaşları arasında sabit tələbat var. Apreldə Türkiyədə mənzil almağa üstünlük verən əcnəbilər arasında azərbaycanlılarla yanaşı, İran (157 mənzil), İraq (103), Rusiya (61), Əfqanıstan (54), Çin (40) və Qazaxıstan (36) vətəndaşları da üstünlük təşkil edir. 

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov - Sputnik Azərbaycan
Ekspert daşınmaz əmlakla bağlı tətbiq edilən yenilin mahiyyətini açıqladı

Bu ilin yanvar-aprel aylarının yekunlarına görə, ümumilikdə azərbaycanlılar Türkiyədə 319 mənzil alıblar ki, bu da ötən ilin analoji dövrünün göstəricilərindən 55 ədəd, yaxud 14,7% azdır.

2020-ci ilin yanvar-aprel aylarında Türkiyədə ən çox mənzil əldə edənlər İran (2021 mənzil), İraq (1959), Rusiya (824), Əfqanıstan (698), Yəmən (416), İordaniya (359), Almaniya (341) və Fələstin (331) vətəndaşlarıdır. Müvafiq olaraq, 2020-ci ilin dörd ayının yekunlarına görə, Azərbaycan vətəndaşları Türkiyədə daşınmaz əmlak üzrə sövdələşmələr həyata keçirən lider xaricilər arasında doqquzuncu yerdə qərarlaşıb.

2020-ci ilin dörd ayının nəticələrinə görə, xarici vətəndaşlar Türkiyədə 11864 mənzil əldə ediblər ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1639 mənzil və ya 13,9% çoxdur.

2019-cu ildə azərbaycanlılar Türkiyədə 1191 mənzil alıblar. Bu da 2018-ci ildə analoji sövdələşmələrin sayından 59 ədəd, yaxud 4,7% azdır.

Ümumilikdə, ötən il ərzində xarici vətəndaşlar Türkiyədə 45967 mənzil alıblar ki, bu da 2018-ci illə müqayisədə 12% azlıq təşkil edir.

Xəbər lenti
0