07:26 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (526)
4610

Peyvəndin heyvanlar üzərində sınağı uğurla başa çatıb. İndi isə onun insanları xəstəlikdən qoruyub-qorumayacağını öyrənmək vaxtıdır

BAKI, 6 aprel — Sputnik. Türkiyədə koronavirusa qarşı peyvəndin heyvanlar üzərində sınağı uğurla başa çatıb və növbəti mərhələdə alimlər peyvəndi insanlar üzərində sınaqdan keçirməyi planlaşdırırlar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Hacettepe Universitetinin tibb fakültəsinin professoru Ateş Kara öz "Twitter" səhifəsində bildirib.

"Yaxşı xəbər. Koronavirusun hüceyrəyə bağlanmasını təmin edən qismini kiçik bir lent üzərindəki mikro-iynələr vasitəsi ilə immunitet sisteminə yeridərək bədəndə qoruyucu antitelləri yaratmaq üçün nəzərdə tutulmuş peyvənd heyvanlarda antitel reaksiyası verib. İndi isə onun (insanları – red.) xəstəlikdən qoruyub-qorumayacağını öyrənmək vaxtıdır", - professor tvitində deyib.

​Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) səbəb olduğu COVID-19 xəstəliyinin yayılmasını pandemiya elan edib.

Bir qədər öncə Oksford Universiteti də COVID-19 vaksinini könüllülərin üzərində sınaqdan keçirəcəyini bildirib.

Mövzu:
Dünyanı cənginə almış bəla (526)

Əlaqədar

Türkiyədə 20-65 yaş aralığında olan vətəndaşlara pulsuz maska paylanacaq
Türkiyədən acı xəbər: ölənlərin sayı beş yüzü keçdi
Koronavirusdan sağalmağın yolu xəstələnməkdən keçir
Hələlik virus alimləri küncə sıxışdırıb
Teqlər:
vaksin, Türkiyә, korona virusu

Əsas mövzular