PKK-nın qadın rəhbəri öldürüldü - FOTO

© AFP 2023 / MUSTAFA OZERУчастники РПК, фото из архива
Участники РПК, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tarı Milli İstihbarət Təşkilatının və Silahlı Qüvvələrin İraqın şimalındakı Qəndil dağında keçirdiyi əməliyyat zamanı öldürülüb. Tarı hələ martın 9-da keçirilən əməliyyat zamanı öldürülsə də, xəbər bu gün verilib.

BAKI, 20 mart – Sputnik. Türkiyə hərbçiləri PKK terror təşkilatına qarşı mübarizədə ciddi uğur əldə ediblər. Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadla xəbər verir ki, terror təşkilatının qadın hərbi qanadının rəhbəri Halide Tarı öldürülüb.

​Məlumata görə, Tarı Milli İstihbarət Təşkilatının və Silahlı Qüvvələrin İraqın şimalındakı Qəndil dağında keçirdiyi əməliyyat zamanı öldürülüb. Tarı hələ martın 9-da keçirilən əməliyyat zamanı öldürülsə də, xəbər bu gün verilib.

Halide Tarı 2018-ci ildən PKK-nın mülki şəxsləri terror təşkilatına cəlb etməyə cavabdeh olub. O, Türkiyə tərəfindən qırmızı kartla axtarılıb.

Xəbər lenti
0