BAKI, 20 mart – Sputnik. Türkiyə hərbçiləri PKK terror təşkilatına qarşı mübarizədə ciddi uğur əldə ediblər. Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadla xəbər verir ki, terror təşkilatının qadın hərbi qanadının rəhbəri Halide Tarı öldürülüb.
#Turkey 'neutralizes' senior #PKK #terrorist in #Qandil, N. #Iraq
— ANADOLU AGENCY (ENG) (@anadoluagency) March 20, 2020
*Halide Tari was neutralized in a joint operation conducted by #TurkishIntelligence (#MIT) and armed forces (#TAF)https://t.co/FNsgBIbwO2 pic.twitter.com/I2ZAG4Cgqg
Məlumata görə, Tarı Milli İstihbarət Təşkilatının və Silahlı Qüvvələrin İraqın şimalındakı Qəndil dağında keçirdiyi əməliyyat zamanı öldürülüb. Tarı hələ martın 9-da keçirilən əməliyyat zamanı öldürülsə də, xəbər bu gün verilib.
Halide Tarı 2018-ci ildən PKK-nın mülki şəxsləri terror təşkilatına cəlb etməyə cavabdeh olub. O, Türkiyə tərəfindən qırmızı kartla axtarılıb.