07:33 30 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
22801

"Xəstəliyə yoluxan Gürcüstan vətəndaşıdır. O, dünən Azərbaycandan keçməklə İrandan ölkəyə qayıdıb" - deyə Tikaradze bildirib.

BAKI, 26 fevral — Sputnik. Gürcüstanda koronovirusun yeni növünə ilk yoluxma halı aşkarlanıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Yekaterina Tikaradzeyə deyib.

“Bir neçə dəqiqə əvvəl Luqardakı laboratoriyadan ölkədə ilk dəfə koronavirus infeksiyası aşkar edilən testlərin nəticələrini aldıq. Xəstəliyə yoluxan Gürcüstan vətəndaşıdır. O, dünən Azərbaycandan keçməklə İrandan ölkəyə qayıdıb” – deyə Tikaradze bildirib.

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Məkrəzinin direktoru Amiran Qamkrelidze  isə bildirib ki, xəstəliyə yoluxan şəxs vətəninə marşrut taksisində qayıdıb. Onun 50 yaşı var. Həmin şəxsin adı açıqlanmasa da, Marneulidə yaşadığı bildirilib.

Qamkrelidze həmin şəxsin Gürcüstan ərazisinə girmədiyini də söyləyib: “Azərbaycan-Gürcüstan sərhədində onda xəstəliyin simptomları aşkar edilən kimi təcili yardımla xəstəxanaya çatdırılıb”.

Onun sözlərinə görə, həmin şəxslə bir yerdə gələn şəxslərin bir neçəsi artıq Azərbaycanda xəstəxanaya yerləşdiriliblər.

Əsas mövzular