Qurbanların sayı artır. ABŞ vətəndaşı da koronavirusdan öldü

© AFP 2023 / STRXəstəxana, arxiv şəkli
Xəstəxana, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Verilən məlumata görə, sözügedən amerikalının 60 yaşı olub və o, fevralın 4-də koronavirusdan dünyasını dəyişib

BAKI, 8 fevral — Sputnik. Yeni tip koronavirusa yoluxmuş ABŞ vətəndaşı Çinin Uhan şəhərində dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "New York Times" qəzeti Birləşmiş Ştatların Pekindəki səfirliyinə istinadən yayıb.

Li Venlya - Sputnik Azərbaycan
Koronavirus qəhrəmanının ölümü ilə bağlı cinayət işi açıldı

Nəşrin verdiyi məlumata görə, sözügedən amerikalının 60 yaşı olub və o, fevralın 4-də dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Yaponiyanın Xarici İşlər Nazirliyi Uhan şəhərində Yaponiya vətəndaşının da öldüyünə dair xəbər yayıb.

Məlumata görə, bir müddət öncə yaponiyalı ağır sətəlcəm xəstəliyi ilə Uhanda xəstəxanaya yerləşdirilib.

"Çinli həkimlərinin fikrincə, Yaponiya vətəndaşının yeni tip koronavirusla yoluxma ehtimalı yüksək olub, lakin bunu dəqiqləşdirmək çətin olub və buna görə də ölüm səbəbi kimi virus sətəlcəmi göstərilib", - nazirlik deyib.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Uhan şəhərində naməlum sətəlcəmin yayılması ilə bağlı məlumatlandırıb.

Mütəxəssislər xəstəliyin törədicisinin "2019-nCoV" koronavirusun olduğunu aşkar ediblər.

Çində bu günədək 34,5 min nəfər bu xəstəliyə tutulub, onlardan 722-si dünyasını dəyişib.

Xəbər lenti
0