BAKI, 8 fevral — Sputnik. Çin hakimiyyəti koronavirus barədə ilk məlumat verən həkim Li Venlyanın ölümü ilə bağlı araşdırmaya başlayıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, koronavirus təhlükəsini ilk hiss edən və məsləkdaşlarını virus haqqında xəbərdar edən çinli həkim Li Venlyanın xəstəlik səbəbilə dünyasını dəyişməsi Çində böyük reaksiyaya səbəb olub. Xalqın təkidindən sonra Çin hakimiyyəti Liyə qarşı hökumət tərəfindən edilən davranışların araşdırılacağı və hadisə ilə bağlı qrup yaradıldığını bildirib.
Məlumatlara görə, Uhan Dövlət Xəstəxanasında həkim olan Li virus təhdidi haqqında şəxsi bloqunda xalqa xəbərdarlıq etdiyi üçün polis tərəfindən sorğulanmışdı. Və Liyə yalan iddia qaldırdığı üçün günahlandırıldığı bir sənəd imzaladılmışdı. Eyni zamanda Çin polisi aralarında Linin də olduğu 8 nəfər haqqında şayiə yaydıqları üçün cinayət işi açmışdı.
Xatırladaq ki, Uhan Mərkəzi Xəstəxanasının həkimi Li Venlyan ötən il dekabrın 30-da "WeChat"da həmkarları ilə yazışmada bildirmişdi ki, "Huanan" dəniz məhsulları bazarında SARS-a yoluxma üzrə yeddi fakt təsdiqini tapıb. O bilmirdi ki, yeni koronavirus başqa ştamma aiddir. Linin yazdığı məlumat Çinin müxtəlif sosial şəbəkələrində yayılmağa başlayıb. Çünki insanlar SARS-ın geri qayıtmasından çox qorxurdular.
Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdunya Səhiyyə Təşkilatına Uhan şəhərində mənşəyi məlum olmayan sətəlcəm xəstəliyinin yayılması barədə məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin 2019-nCoV koronavirus olduğunu müəyyənləşdiriblər. Bu günə olan məlumata görə, virusdan 722 nəfər dünyasını dəyişib.