04:05 29 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
95 0 0

Elazığda 8, Malatyada 6 nəfər vəfat edib. Bundan başqa, dağıntılar altında xeyli insanın qaldığı və onların xilas edilməsi üçün işlər görüldüyü bildirilir. Bölgədə xeyli ev və bina dağılıb.

BAKI, 25 yanvar – Sputnik. Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb. Sputnik Azərbaycan xəbər verir ki, sön məlumatlara görə, zəlzələ nəticəsində 14 nəfər ölüb, 200-dən çox yaralı var.

Elazığda 8, Malatyada 6 nəfər vəfat edib. Bundan başqa, dağıntılar altında xeyli insanın qaldığı və onların xilas edilməsi üçün işlər görüldüyü bildirilir. Bölgədə xeyli ev və bina dağılıb.

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Kandilli Rəsədxanası zəlzələnin yerin 6,7 kilometr dərinliyində baş verdiyini bildirib. 

Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 20.55-də baş verib. 10-12 saniyəyədək davam edən təkanlar Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, Malatyada, eləcə də  İraqın şimalında Ərbil və Duhok vilayətlərində də hiss olunub.

Əsas mövzular