BAKI, 24 yanvar - Sputnik. Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.
Sputnik Azərbaycan-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib.
Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 20.55-də baş verib. 10-12 saniyəyədək davam edən təkanlar Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, Malatyada, eləcə də İraqın şimalında Ərbil və Duhok vilayətlərində də hiss olunub.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələnin episentrinin baş verdiyi Silivricədə və Pötürgə rayonunda 10 binada dağıntı olub. Soylu ən azı 4 nəfərin öldüyünü deyib.
Təkanlar hələ də davam edir.