18:23 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
12 0 0

Tramp Putinlə nə vaxt görüşə biləcəyini və bunun andiçmə mərasimindən əvvəl baş verə biləcəyini öyrənmək üçün dövlət katibi vəzifəsinə namizədlərdən biri ilə söhbəti yarıda kəsib

BAKI, 16 yanvar — Sputnik. ABŞ Prezidenti Donald Tramp 2016-cı ildə prezident seçkilərində qalib gəldikdən sonra vəzifəyə başlamazdan əvvəl Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyib.

Sputnik Azərbaycan xəbər verir ki, "Washington Post" qəzeti bu barədə məlumatı iki jurnalistin yanvarın 21-də satışa təqdim ediləcək kitabından parçalara istinadən yayıb.

İki dövlət başçısı ilk dəfə 2017-ci ilin iyulunda Hamburqda baş tutmuş "G20" sammitində görüşüblər.

Qəzetin məlumatına görə, kitab müəllifləri yazırlar ki, Tramp Rusiya prezidenti ilə o qədər çox görüşmək istəyib ki, Putinlə nə vaxt görüşə biləcəyini və bunun andiçmə mərasimindən əvvəl baş verə biləcəyini öyrənmək üçün dövlət katibi vəzifəsinə namizədlərdən biri ilə söhbəti yarıda kəsib.

Kitabın müəllifləri həmçinin qeyd edirlər ki, Putinlə ilk görüşdən sonra Tramp "dərhal özünü Rusiya üzrə ekspert elan edib".

Əlaqədar

Putin Trampa hipersəs silahı təklif edib: "İstəyirsən sizə də verək"
Putin Suriyaya görə Ərdoğan və Trampla danışmayıb
“Soyuq müharibə”dən danışan Putin: “Trampı izləmirəm”
Putin Trampa zəng vurub təşəkkür etdi
Putindən təklif: "Trampı Suriyaya dəvət edin"

Əsas mövzular