Sirlər açılır: Süleymani vurulandan sonra ABŞ və İran gizli danışıqlar aparıb

© REUTERS / NASEER AHMEDПрощание с генералом Корпуса стражей исламской революции (КСИР) Касемом Сулеймани в Тегеране
Прощание с генералом Корпуса стражей исламской революции (КСИР) Касемом Сулеймани в Тегеране  - Sputnik Azərbaycan
Abunə olmaq
İsveçrə səfirliyinin nümayəndəsi isə nəşrə bildirib ki, əlaqə çox məhdud sayda insanın istifadəsinə imkan verilən faks aparatı vasitəsi ilə qurulub. Bundan sonra isə məlumatlar maraqlı tərəflərə ötürülür.

BAKI, 11 yanvar — Sputnik. İranda yerləşən İsveçrə səfirliyində Vaşinqton və Tehran arasında gizli danışıqlar aparılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yüksək vəzifəli ABŞ məmurlarına istinadən xəbər verir.

На месте крушения пассажирского лайнера Украины Boeing 737-800 - Sputnik Azərbaycan
İran etiraf etdi: “Ukrayna təyyarəsini səhvən vurmuşuq”

Qeyd olunur ki, ilk əlaqə İran İnqilabı Keşikçilər Korpusunun generalı Qasım Süleymaninin öldürülməsi ilə nəticələnən əməliyyatdan bir neçə saat sonra baş tutub. Birləşmiş Ştatlar göndərdiyi mesajda İran nümayəndələrindən münaqişənin gərginləşdirilməməsi xahiş olunur.

Bundan sonra, İran tərəfi də səfirlik vasitəsi ilə öz mövqeyini qarşı tərəfə çatdırıb.

İsveçrə səfirliyinin nümayəndəsi isə nəşrə bildirib ki, əlaqə çox məhdud sayda insanın istifadəsinə imkan verilən faks aparatı vasitəsi ilə qurulub. Bundan sonra isə məlumatlar maraqlı tərəflərə ötürülüb.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamenei və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Professor ABŞ-İran gərginliyinin dünya iqtisadiyyatına mümkün təsirlərini açıqladı

"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.

Yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing" sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasına dair məlumat verilib. Hadisədə təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

Lakin Zərif bu gün paylaşdığı twitində qeyd edib ki, silahlı qüvvələr tərəfindən aparılmış təhqiqat nəticəsində "Boeing 737-800" təyyarəsi "insan səhvi" səbəbindən vurulduğu məlum olub. O faciənin ABŞ avantürizminin səbəb olduğu böhran zamanı baş verdiyini deyib.

Xəbər lenti
0