BAKI, 9 yanvar — Sputnik. İran telekanalı bu ölkənin hərbçilərinin ABŞ hərbi bazalarına raket zərbələrinə hazırlığı əks etdirən görüntüləri yayımlayıb. Sputnik Azərbaycan xəbər verir ki, görüntülər "Press TV"-nin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.
Görüntülərdə İran İslam İnqilabı Keşikçilər Korpusunun hərbçilərinin İranda naməlum bazada raketləri hazırlamaları əks olunub. Videonun sonunda epik musiqinin fonunda raket zərbələri əks olunub.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xameneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.
Video shows missiles being prepared in an unknown Iranian underground missile city before their launch against U.S. military bases in #Iraq.#DecisiveResponse #Iran #SoleimaniAssassination pic.twitter.com/8p4iGujggZ
— Press TV (@PressTV) 8 января 2020 г.
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.
"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.