İranın ABŞ-a dəhşətli zərbəsinin fəsadları – Yüzə yaxın ölən var

CC BY 4.0 / Tasnim News Agency / Испытание новых ракет на ЗРК Mersad во время военных учений "Велаят 97" в Иране
Испытание новых ракет на ЗРК Mersad во время военных учений Велаят 97 в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
"İranın İraqda yerləşən ABŞ aviabazalarına endirdiyi aviazərbələr nəticəsində yüzə yaxın şəxs həlak olub", - bu barədə məlumat telekanalın "Twitter" səhifəsində yerləşdirilib.

BAKI, 8 yanvar — Sputnik. İranın İraqda yerləşən ABŞ aviabazalarına endirdiyi zərbələr nəticəsində 80 nəfər ölüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı İranın "Press TV" telekanalı məlumat yayıb.

"İranın İraqda yerləşən ABŞ aviabazalarına endirdiyi aviazərbələr nəticəsində yüzə yaxın şəxs həlak olub", - bu barədə məlumat telekanalın "Twitter" səhifəsində yerləşdirilib.

Qeyd edək ki, İraqın qərbində yerləşən və ABŞ-a məxsus "Eyn əl-Əsəd" hərbi bazasına doqquz raket zərbəsi endirilib.

"Reuters"in məlumatına görə, bundan bir qədər sonra amerikalı rəsmi bir mənbə hücum faktını təsdiqləyib. Onun sözlərinə görə, hücum nəticəsində zərərçəkənlər və ziyan barədə məlumat yoxdur.

"Press TV" telekanalı xəbər verir ki, öz növbəsində İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazasına onlarla raket zərbəsi endirdiyini bildirib.

"SEPAH İraqdakı ABŞ-ın "Eyn-əl-Əsəd" aviabazasına onlarla raket zərbəsi endirilməsini təsdiqləyir", - deyə telekanalın "Twitter" səhifəsində yazılıb.

"ABC" telekanalının digər bir amerikalı rəsmiyə istinadən bildirdiyinə görə, zərbələr İran ərazisindən ballistik raketlərlə endirilib. Telekanal, həmçinin xəbər verir ki, İran İraqın şimalında, Ərbil bölgəsində yerləşən ABŞ obyektlərinə də raket zərbələri endirib.

Amerika obyektlərinə endirilən raket zərbələri barədə artıq prezident Donald Trampa məlumat verilib.

Xəbər lenti
0