"Düşmən etdiyi səhvdən peşman olacaq" – iranlı komandirdən qisas hədəsi

© AP Photo / Office of the Iranian Supreme LeaderБригадный генерал Хоссейн Салами (второй справа) на церемонии чествования выпускников Революционной гвардии, 20 мая 2015 года
Бригадный генерал Хоссейн Салами (второй справа) на церемонии чествования выпускников Революционной гвардии, 20 мая 2015 года - Sputnik Azərbaycan
Abunə olmaq
Salami qeyd edib ki, İran general Süleymaninin öldürülməsinə görə "sərt və qətiyyətli" qisas alacaq və "düşmən etdiyi səhvdən peşman olacaq"

BAKI, 7 yanvar — Sputnik. İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) komandiri, general-mayor Hüseyn Salami "Qüds" qüvvələrinin komandiri general Qasım Süleymaninin öldürülməsinə görə dəhşətli qisasın olacağı ilə bağlı xəbərdarlıq edib.

В Иране прощаются с генералом Корпуса стражей исламской революции (КСИР) Касемом Сулеймани, погибшим при авиаударе США в Багдаде - Sputnik Azərbaycan
Süleymaninin dəfn mərasimi təxirə salındı

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Təsnim" xəbər agentliyi yayıb.

İranın cənubi Kirman şəhərində Süleymaninin dəfn mərasiminə gəlmiş ziyarətçilər qarşısında çıxış edən general-mayor Salami "qisas alacağıq" deyib.

Salami qeyd edib ki, İran general Süleymaninin öldürülməsinə görə sərt və qətiyyətli qisas alacaq və "düşmən etdiyi səhvdən peşman olacaq".

O, həmçinin qeyd edib ki, ABŞ qüvvələri tezliklə regiondan qovulacaq.

General Qasım Süleymani və İraqın şiə qoşunlarının komandir müavini Əbu Mehdi əl-Mühəndis yanvarın 3-ü gecə saatlarında ABŞ ordusunun Bağdad hava limanı yaxınlığında keçirdiyi əməliyyatda öldürülüblər.

Vaşinqton Süleymanini və əl-Mühəndisi Bağdaddakı ABŞ səfirliyinə hücumu təşkil etməkdə günahlandırıb. Xatırladaq ki, dekabrın sonlarında ABŞ-ın İraq və Suriyada "Kətaib Hizbullah" şiə qruplaşmasına məxsus obyektlərə zərbələr endirməsindən sonra Bağdaddakı ABŞ səfirliyinin binasına hücum edilib.

Xəbər lenti
0