07:22 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
34 0 0

Siyahıya Russia, Trump, Tokyo, resession və bir sıra digər sözlər daxildir, onların hər birinin niyə dilimizdə dolaşacağı izah edilib

BAKI, 7 yanvar – Sputnik. Böyük Britaniyanın “The Economist” jurnalı ənənəvi olaraq The World in 2020 (Dünya 2020-ci ildə) üz qabığı ilə yenə də ilin tendensiyaları haqda düşünməyə dəvət edib.  

Jurnalın əməkdaşlarının fikrincə, 2020-ci ilin əsas hadisələri və trendləri bunlar olacaq:
TRUMP (yəqin ki, Amerika Birləşmiş Şatatlarının prezidentinin  impiçment məsələsi yenə də medianın diqqətini məşğul edəcək),

BREXIT (sonda bitər, ümid edirik),

© Sputnik / Shahperi Abbasova

AI (ingiliscədən AI - artificial intelligence, süni intellektin abveaturasıdır, mövzu və süni intellektin tənzimlənməsi və mənəvi məsələsi bu ilin trendlərindən olacaq),

TOKYO (Yaponiyanın paytaxtında keçiriləcək 2020 Olimpiya Oyunlarına işarə edir),

MARS (Mars qədim Romada müharibə tanrısı idi, amma ümid edək ki, müharibə ilə deyil, bu il Marsla bağlı tədqiqatlarla yadda qalacaq),

CLIMATE (iqlimlə bağlı müzakirələrin davam edəcəyinə işarə edir),

XI (Burda Çinin lideri Xi Jinpingə işarə edir. Şübhəsiz Çin və onun liderinin dünya gündəmində yeri və rolu olmalıdır),

RECESSION (Resessiya, İqtisadiyyatda artımın olmaması. “The Economist”in bu proqnozu cari ildə də sıfıra yaxın və onun ətrafında iqtisadi artıma işarə edir),

MODI (Hindistanın Baş naziri Nahendra Modiyə işarə edir. Hindistanın aşırı milliyətçi hökümətinin liderinin siyasəti onu həqiqətən də 2020-ci ilin gündəminə gətirə bilər),

EXPO (Birləşmiş Ərəb Əmirliklərində Ümumdünya Ticarət Sərgisi -Dubai Expo 2020 olacaq),

SDGS (SDGS, Sustainable Development Goals -BMTnin Dayanıqlı İnkişaf Məqsədlərinə işarə edir. Mövzu aktual olaraq qalacaq),

BOND (yeni Bond?),

BEETHOVEN (Bu il dahi bəstəkarın anadan olmasının 250 illik yubileyinə təsadüf edir. Həm də bu il Süni intellekt bəstəkarın 9-cu simfoniyasını tamamlamağa cəhd edəcək),

VISIONS (Çox güman burda korluq və zəif görməyə qarşı Visions 2020 proqramı nəzərdə tutulub),

BIODIVERSITY (biomüxtəliflik əsas trendlərdən olacaq),

RAT (ingiliscə “siçovul” deməkdir, bu il onun ilidir),

NRT (Nuclear Non-Proliferation Teaty, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi`ni nəzərdə tutur. Böyük ehtimalla bu sahədə yeni bir müqavilə üzərində işlər aparılacaq),

WARREN (Elizabeth Warren Senatda Demokratların lideridir və böyük ehtimalla onların gələcək prezidentliyə namizədi olacaq. Ən azı bu il məsələ konkretləşəcək),

RAPHAEL (yeni nəsil kontaktsız raketlərin geniş istifadəsinə işarə edir. Bunlar hazırda Rafael Advanced Defense Systems şirkəti sınaqdan keçirməkdədir),

NIGHTINGALE (Google`s Progect Naghtingale, ABŞda Google tərəfindən 50 milyon  insanın şəxsi tibbi məlumatların toplanılması ilə bağlı qalmaqallı layihəsinə işarə edir) və lap sonda ...

RUSSIA (Şimal qonşumuzu izləməyə davam edəcəyik).
Bir sözlə darıxmayacaqsınız.

Əsas mövzular