CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni il gəldi, ardınca da qış gəlir

© Sputnik / Shahperi AbbasovaZaqatala, Şəki və Qax rayonlarına qar yağıb
Zaqatala, Şəki və Qax rayonlarına qar yağıb - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın cişkinli olacağı, yanvarın 4-ü gündüzdən yanvarın 5-i gündüzədək  isə arabir yağış yağacağı gözlənilir.

BAKI, 1 yanvar - Sputnik. Sabahdan Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bir necə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 2-si axşamdan yanvarın 3-ü gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın cişkinli olacağı, yanvarın 4-ü gündüzdən yanvarın 5-i gündüzədək  isə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu  ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında yanvarın 2- si axşamdan yanvarın 5-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi yanvarın 2-si gündüz, yanvarın 3-də arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enəcək. Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Xəbər lenti
0