02:57 01 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
24 0 0

Almanlar arasında populyarlığa görə sonuncu yerdə ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan qərarlaşıb

BAKI, 25 dekabr — Sputnik. Almaniya vətəndaşları bu ölkənin Kansleri Angelə Merkeldən daha çox Fransa Prezidenti Emmanuel Makrona güvənir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Berliner Morgenpost" nəşri "Kantar" araşdırma şirkətinin rəy sorğusuna əsasən xəbər verir.

Sorğunun nəticələri göstərir ki, almanların 57%-i Makrona, 54% isə Merkelə simpatiya ilə yanaşır. Bu arada respondentlərin 44%-i kanslerə, 32%-i isə prezidentə inamının az olduğunu bildirib.

Almanlardan 7 ölkənin liderinə olan münasibətləri soruşulub.

Almanlar arasında populyarlığa görə sonuncu yerdə ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan qərarlaşıb. Bu iki şəxsi rəyi soruşulanların 6 faizi dəstəkləyir.

Rusiya Prezidenti Vladimir Putin siyahının ortasında qərarlaşıb.

Sorğu 12-19 dekabr tarixlərində Almaniyanın 1024 sakini arasında keçirilib.

Əsas mövzular