ABŞ-a sərt ittiham: "Utanmır"

© © J.T.ARMSTRONG / US AIR FORCE / AFPABŞ-da Vandenberq aviabazasından ballistik raket buraxılışı
ABŞ-da Vandenberq aviabazasından ballistik raket buraxılışı - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilin avqustunda da Pentaqon Ortamənzilli və qısamənzilli raketlərin ləğvinə dair sazişlə qadağan edilmiş qanadlı raketi sınaqdan keçirib. Məlumdur ki, raket 500 kilometr uçduqdan sonra hədəfi uğurla vurub

BAKI, 13 dekabr — Sputnik. ABŞ Ortamənzilli və qısamənzilli raketlərin ləğvinə dair sazişlə qadağan edilmiş qeyri-nüvə konfiqurasiyalı ballistik raketi sınaqdan keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, "Vandenberq" aviabazasının təmsilçisi bu barədə RİA Novosti-yə deyib. Məlumata görə, qeyri-nüvə konfiqurasiyalı ballistik raketi 2019-cu il dekabrın 12-də yerli vaxtla səhər saat 08:30-da (Bakı vaxtı ilə saat 20:30-da) Kaliforniyadakı "Vandenberq" aviabazasından buraxılıb.

"Hazırda biz nəticələri qiymətləndiririk", - aviabazanın rəsmisi deyib.

Парад кораблей ВМС США движется мимо статуи свободы в Нью-Йорке - Sputnik Azərbaycan
Dünyanın ən güclü hərbi donanmaları açıqlandı – Siyahıda kimlər var

Bir qədər sonra Pentaqon rəhbəri Mark Esper sınaq buraxılışının uğurla başa çatdığını deyib.

Bu ilin avqustunda da Pentaqon Ortamənzilli və qısamənzilli raketlərin ləğvinə dair sazişlə qadağan edilmiş qanadlı qeyri-nüvə raketini sınaqdan keçirib. Məlumdur ki, raket 500 kilometr uçduqdan sonra hədəfi uğurla vurub.

Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının müdiri, hərbi politoloq Andrey Koşkin hesab edir ki, ABŞ-ın bu cür hərəkətləri onun ikiüzlü siyasətini nümayiş etdirir.

"Bu gün ABŞ mümkün olduğu qədər tez bir vaxta ortamənzilli və qısamənzilli raketləri əldə etməyə çalışır. ABŞ hələ Ortamənzilli və qısamənzilli raketlərin ləğvinə dair sazişin qüvvədə olduğu dövrdə bu layihələrin üzərində işləməyindən utanmır. Budur Birləşmiş Ştatların ikiüzlü siyasəti, onlar hətta beynəlxalq arenada imzaladıqları müqavilələrin şərtlərini yerinə yetirmirlər. Buna görə də bu gün biz gözləyə bilərik ki, ABŞ öz ortamənzilli raketlərini Avropada yerləşdirəcək. Bu isə avropalıların ciddi narazılığına səbəb olacaq. Rusiya isə öz növbəsində təhdidləri zərərsizləşdirmək üçün müvafiq adekvat tədbirlər görməli olacaq", - Koşkin Radio Sputnik-in efirində deyib.

Xatırladaq ki, Ortamənzilli və qısamənzilli raketlərin ləğvinə dair saziş Birləşmiş Ştatların təşəbbüsü ilə avqustun 2-də qüvvədən düşüb. Bu ilin əvvəlində Vaşinqton sazişdən birtərəfli şəkildə çıxmağa qərar verib və Rusiyanı onun şərtlərini pozmaqda ittiham edib. İyulun əvvəlində Rusiya Prezidenti Vladimir Putin ölkəsinin sazişdə iştirakını dayandırması haqqında qanunu imzalayıb. Rusiya dəfələrlə sözügedən sazişin şərtlərini tam olaraq yerinə yetirdiyini bəyan edib.

Xəbər lenti
0