ABŞ-ın gələn il üçün hərbi büdcəsi – Milyardlarla dollar

CC BY 2.0 / U.S. Navy photo by Mass Communication Specialist 3rd Class Benjamin F. Davella III/Released / SailorsМоряки на параде отдыхают во время смены командования на борту десантного корабля USS Wasp
Моряки на параде отдыхают во время смены командования на борту десантного корабля USS Wasp - Sputnik Azərbaycan
Abunə olmaq
Senat hərbi büdcəni təsdiqləməlidir, bundan sonra qanun layihəsi imzalanması üçün ABŞ Prezidenti Donald Trampa təqdim olunacaq.

BAKI, 12 dekabr — Sputnik. ABŞ-ın Nümayəndələr Palatası gələn il üçün bu ölkənin müdafiəsinə ayrılacaq dövlət büdcəsini təsdiqləyib. Bu barədə Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir.

Qeyd edək ki, ABŞ-ın gələn il üçün hərbi büdcəsi 738 milyard dollar olacaq. 2018-ci ildə bu göstərici 716 milyard dollar olub.

Bundan sonra Senat hərbi büdcəni təsdiqləməlidir, bundan sonra qanun layihəsi imzalanması üçün ABŞ Prezidenti Donald Trampa təqdim olunacaq.

Парад кораблей ВМС США движется мимо статуи свободы в Нью-Йорке - Sputnik Azərbaycan
Dünyanın ən güclü hərbi donanmaları açıqlandı – Siyahıda kimlər var

Xatırladaq ki, Birləşmiş Ştatlar Konqresi 2020-ci il üzrə müdafiə büdcəsinə Rusiyanın "Şimal axını -2" və "Türk axını" qaz kəmərlərinə qarşı sanksiyaların tətbiq edilməsini daxil edib.

Sanksiyalar "Avropanın enerji təhlükəsizliyinin təmin olunması" tədbirləri kimi nəzərdən keçirilir. Həmçinin sənəddə Rusiya ilə hərbi sahədə əməkdaşlıq da qadağan olunur.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda sanksiyaların boru kəmərlərinin tikintisində iştirak edən gəmilərə, həmçinin tikintidə iştirak edən şirkətlərin rəhbərlərinə qarşı tətbiq olunacağı bildirilirdi.

Xatırladaq ki, 1220 kilometr uzunluğundakı "Şimal axını-2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını-2" layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.

Xəbər lenti
0