16:32 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2310

Türkiyə Prezidenti həmkarını Londonda keçirilən NATO sammitindəki görüşləri barədə də məlumatlandırıb

BAKI, 11 dekabr — Sputnik. Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin telefonla danışaraq energetika üzrə birgə layihələri və hərbi əməkdaşlığı müzakirə ediblər.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

"Ticari-iqtisadi əlaqələr də daxil olmaqla ikitərəfli əməkdaşlıq mövzusu üzrə bir sıra vacib məsələlər müzakirə olunub. Energetika və hərbi-texniki əməkdaşlıq üzrə birgə layihələrin reallaşdırılmasının aktuallığı qeyd olunub", - məlumatda deyilir.

Həmçinin o da vurğulanıb ki, Ərdoğan Putini Londonda keçirilən NATO sammitindəki görüşləri barədə də məlumatlandırıb.

"Suriyadakı vəziyyətə xüsusi diqqət ayrılıb. Liderlər ölkənin şimal-şərqindəki İdlib vilayəti də daxil omaqla bölgədə  terror təhlükəsi ilə mübarizə üçün birgə, razılaşdırılmış səylərin aktivləşdirilməsini vurğulayıblar. Bu regionlarda Rusiya-Türkiyə razılaşmalarının tam yerinə yetirilməsinin vacibliyi xüsusi qeyd olunub", - Kremlin məlumatında bildirilir. 

Əlaqədar

Ərdoğandan Makrona sərt cavab: "Səndən soruşmalıyam?"
Türkiyə daha bir ölkəyə qoşun göndərə bilər – Ərdoğan anons etdi
Ərdoğan Türkiyənin Suriyanı tərk edəcəyi günü açıqladı

Əsas mövzular