Dövlətin ikinci şəxsi müttəfiq ölkənin bayrağını səhv saldı

© AFP 2024 / Christof STACHEABŞ-ın vitse-prezidenti Mayk Pens
ABŞ-ın vitse-prezidenti Mayk Pens - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, Pensin ilk bayraq səhvi deyil

BAKI, 25 fev — Sputnik. ABŞ-ın vitse-prezidenti Mayk Pens İsraili dəstəklədiyi tvitdə Nikaraquanın bayrağından istifadə edib.

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən xəbər verir. 

© Photo : ScreenshotABŞ-ın vitse-prezidenti Mayk Pensin Twitter hesabında paylaşımı
ABŞ-ın vitse-prezidenti Mayk Pensin Twitter hesabında paylaşımı - Sputnik Azərbaycan
ABŞ-ın vitse-prezidenti Mayk Pensin Twitter hesabında paylaşımı

“Bizim yəhudi xalqına verdiyimiz dəstək ölkəmizin sərhədləri ilə məhdudlaşmır. Dünya bilməlidir ki, Trampın hakimiyyətdə olduğu dövrdə Amerika İsrailin tərəfindədir” — Pens Twitter hesabında yazıb və yazdıqlarına Nikaraquanın bayrağını əlavə edib. 

Sosial şəbəkədə tənqiddən sonra o, tvitini silib. 

Bu, Pensin ilk bayraq səhvi deyil. 

Daha öncə Maykl Pens və Avropa İttifaqı Şurasının rəhbəri Donald Tuskun görüşü ulduzlarının sayı 50-dən artıq olan ABŞ bayrağı altında keçirilib. 

Xəbər lenti
0