22:35 29 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
67 0 0

Tarixçilərin məlumatına görə, imperiya bizim eramızın 825-ci ilinə qədər mövcud olub. Ancaq imperiyanın inkişafı haqqında heç kimin məlumatı yoxdur

BAKI, 10 dekabr — Sputnik. Efiopiyada 1400 ildən çox yaşı olan qədim şəhərin xarabalıqları aşkar edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tapılan xarabalığın Şərqi Afrikada hakim olan və digər imperiyalar, o cümlədən Roma ilə ticarət həyata keçirən güclü Aksum sivilizasiyasının bir hissəsi olduğu ehtimal edilir.

"Bu, ən böyük qədim sivilizasiyalardan biridir, lakin insanlar onun barəsində praktik olaraq məlumatlı deyillər. Aksum Misir və Sudan xaricində Afrikadakı mürəkkəb bir cəmiyyətin ən erkən nümunəsidir" – deyə araşdırmanın müəllifi, Con Hopkins Universitetinin əməkdaşı Maykl Harrouer bildirib.

Tarixçilərin məlumatına görə, imperiya bizim eramızın 825-ci ilinə qədər mövcud olub. Ancaq imperiyanın inkişafı haqqında heç kimin məlumatı yoxdur.

Arxeoloqlar qrupu bu əraziləri daha diqqətli araşdırmağa qərar verib. Qazıntılar zamanı onlar nə vaxtsa mövcud olmuş binanın daş divarlarının qalıqlarını tapmağa nail ola biliblər.

Yeni tapılmış şəhəri Beta Samati adlandırırmışlar. Radiokarbon təhlilləri isə göstərib ki, binaların tarixi eramızdan əvvəl 771-ci ildən eramızın 645-ci ilə qədər olan dövrünü əhatə edib.

Şəhərdə bir çox kiçik binalar olub. Bunların yaşayış binaları və ya emalatxanalar olduğu ehtimal edilir.

Məlumata görə, Aksum 300-cü illərdə xristianlığı qəbul edib. Arxeoloqlar ərazidə xaç formasında olan boyunbağı da tapıblar.

Əsas mövzular