Xarabalıqda yaşayır və günə 7 manat qazanır, amma hesabında 18 milyon olub

© AP Photo / Shakil AdilPakistanda küçə taciri
Pakistanda küçə taciri - Sputnik Azərbaycan
Abunə olmaq
Federal Təhqiqatlar Agentliyi Muhammad Abdul Qadiri çağıraraq hesabındakı milyardları hara etdiyini soruşub

BAKI, 5 oktyabr — Sputnik. Pakistanın Kəraçi şəhərindən olan kasıb tacirin bank hesabından 2,3 milyard Pakistan rupisi (təxminən 18 milyon dollar) tapılıb. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə The Guardian nəşri yazıb.

Amerikalı biznesmen Elon Mask - Sputnik Azərbaycan
Dünya gözünü bu drama dikib: Milyarder uşaqları mağaradan xilas edəcək

52 yaşlı Muhammad Abdul Qadir xarabalıqlarda yaşayır və bu yaxınlara qədər faluda  (çəhrayı sirop, süd və vermeşildən hazırlanmış şirin desert) sataraq gündəlik 500 Pakistan rupisi (7 manat) qazanıb. Federal Təhqiqatlar Agentliyi (FIA) onu sorğuya çağıranadək zəngin olduğu barədə heç nə bilməyib.

Xüsusi xidmət orqanları iki il əvvəl onun bank hesabına nəzər yetirməyə başlayıblar. Bu hesab 2014-2015-ci illərdə aktiv olub və kimsə 2016-cı ildə oradan bütün pulları çıxarıb. Qadir bildirir ki, bütün bunlar ondan xəbərsiz baş verib. O, buna sübut olaraq kasıb komasına baxmağı təklif edib. "Hesabımda milyardlar olsaydı, mən bu qədər kasıb həyat tərzi sürərdim?!" — deyə faluda satıcısı bildirib. O qeyd edib ki, savadı yoxdur və hətta bank sənədlərinə imzanın necə atıldığını belə bilmir.

Federal Təhqiqatlar Agentliyi Qadirin adına açılmış hesabdan kirli pulların yuyulması üçün istifadə edildiyindən şübhələnir. Hüquq-mühafizə orqanlarının əməkdaşları milyardlarla Pakistan rupisinin gəlib keçdiyi 77 belə hesabı müəyyən ediblər. Həmin hesablar heç kəsdə şübhə oyatmayan aztəminatlı işçilərin, yaxud da gözətçilərin adına açılıb. Cinayətkarlar onların sənədlərindən öz məqsədləri üçün istifadə ediblər. Həmin cinayətkar sxemdə Pakistanın keçmiş prezidenti Asif Əli Zərdarinin də iştirak etdiyi ehtimal olunur.

"Mən dünyanın ən uğursuz adamıyam. Hesabımda o qədər pul olub, amma mən bundan xəbər tutanda artıq o pullar yox idi" — deyə Qadir bildirib. İndi insanlar onu "milyarder" deyə ələ salırlar. O, qorxur ki, onun varlı olduğuna dair söhbətlər adamları oğurlayaraq pul tələb edən banditlərə gedib çatar. Baxmayaraq ki, Qadir artıq vaxtilə hesabında olmuş milyardlardan məhrumdur, anasının məsləhətinə əsasən küçələrdə görünmür.

Xəbər lenti
0