22:37 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
ABŞ Prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel

Müstəqilliyin kölgəsi: Avropa İttifaqı ABŞ maliyyə sistemindən aralanır

© Photo by Ian LANGSDON / POOL / AFP
DÜNYA
Qısa URL
1243 0 0

Rusiya və Çinin nümunəsində Vaşinqtonun nəzarətində olmayan ödəmə sistemi yaratmağın real olduğuna əmin olan Avropa bankları Qoca Qitədə "Visa" və "Mastercard"ı əvəz etməyə hesablanan işçi adı PEPSI (Pan-European Payment System Initiative) olan layihəyə başlayıb

Aleksandr Lesnıx

BAKI, 18 noyabr — Sputnik. Əksəriyyəti Fransa bankları və Almaniyanın "Deutsche Bank"ı olmaqla Avropanın 20 bankı Birləşmiş Ştatların "Visa" və "Mastercard" sistemlərini əvəzləyəcək vahid ödəmə sisteminin yaradılmasına başlayıb. "RİA Novosti"-nin materialında Brüsselə maliyyə müstəqilliyini əldə etməyə kim kömək edəcək və buna ehtiyacın niyə məhz indi yarandığı araşdırılıb.

Boşanma və qızlıq soyadı

Formal olaraq Avropa İttifaqı müstəqil maliyyə-iqtisadi siyasəti həyata keçirir. Lakin əslində Brüsseldə çox şeyi Kapitoli təpəsində olan əhval-ruhiyyə müəyyənləşdirir. Xarici ticarət sövdələşmələrini dollarla həyata keçirən digər ölkələrlə bağlı vəziyyət də eyni cürdür.

İlk dəfə avropalılar bununla bağlı çətinliyi 2018-ci ilin ortalarında, rəsmi Vaşinqtonun Tehranla nüvə sazişindən çıxdığı və İran neftinin bütün alıcılarına qarşı sanksiyalar tətbiq edəcəyini bəyan etdiyi vaxt hiss etdilər. Avropa İttifaqı seçim qarşısında qaldı: Amerika sanksiyalarına məruz qalmaq və ya bir gündə 500 min barel neft idxalından imtina etmək.

Vəziyyəti xammala görə hesablaşmaların ABŞ-ın nəzarətində olan "Swift" banklararası ödəmə sistemi vasitəsilə həyata keçirilməsi daha da çətinləşdirirdi. Vaşinqton sistemə girişi blok edə bilərdi ki, bu da indiki vəziyyətdə biznesin dayanması anlamına gəlirdi.

Rəsmi Vaşinqtonun Brüsseli istənilən məsələ ilə bağlı (istər ticarət müharibəsi, istər Rusiyadan alınan sıxılmış qaza görə) "SWIFT" sistemindən çıxarmaqla hədələməyə davam edəcəyini anlayan avropalı maliyyəçilər öz banklararası ödəmə sistemi – "INSTEX"-nin yaradıldığını bəyan ediblər.

Bununla da, Avropa artıq "SPFS" və "CİPS" sistemləri olan Rusiya və Çinin yolu ilə getdi. Yeri gəlmişkən, yaxın vaxtlarda Rusiya və Çinin ödəmə sistemləri birləşdiriləcək, daha sonra isə ona hazırda hazırlanma mərhələsində olan Hindistan ödəmə sistemi də qoşulacaq.

Rusiya, Çin və Hindistan bu barədə Braziliyada baş tutan BRİCS sammitində razılığa gəliblər. Ehtimal olunur ki, birləşdirilmiş sistem şəbəkə keçidi (şlüz) modeli üzrə işləyəcək. Belə ki, bu halda ödəmələr haqqında məlumatlar hər bir ölkənin maliyyə sisteminə uyğun olaraq kodlaşdırılacaq.

Aqressiv Amerika maliyyə sistemindən azad olmaqla yanaşı, bu cür yanaşma ticarətin dollarsızlaşdırılmasına da yardım edir: Məhsullara görə milli valyutalarda ödənişin həyata keçirilməsi üçün geniş imkanlar yaranır.

PEPSİ VİSA-ya qarşı

Rusiya və Çinin nümunəsində Vaşinqtonun nəzarətində olmayan ödəmə sistemi yaratmağın real olduğuna əmin olan Avropa bankları Qoca Qitədə "Visa" və "Mastercard"ı əvəz etməyə hesablanan işçi adı PEPSI (Pan-European Payment System Initiative) olan layihəyə başlayıb.

PEPSI Avropa şirkətlərinə İran və Vaşinqton üçün arzu olunmayan digər ölkələrlə təhlükəsiz formada ticarət əməliyyatları aparmağa imkan verəcək. Amerika ödəmə sistemləri isə Avropa İttifaqı ölkələrinin vətəndaşlarının nəyə və nə qədər pul xərcləmələri barədə məlumatlardan da məhrum olacaq. 

Bu isə öz növbəsində ABŞ şirkətlərinin Avropa bazarına ekspansiya imkanlarını zəiflədəcək.

Yeni ödəmə sistemi Rusiya üçün də səmərəlidir: Ödəmə sistemlərinin qarşılıqlı şəkildə inteqrasiyasına dair Avropa Mərkəzi Bankı ilə razılaşmaq daha asan olacaq. İstisna deyil ki, "Mir" kartı Avropa İttifaqı ölkələrində qəbul olunacaq.

Avropa maliyyə bazarını Birləşmiş Ştatların təsirindən çıxarmaq üçün mümkün alətlərdən biri də rəqəmsal valyutalardır. Noyabr ayının əvvəlində "Deutsche Bank", "Credit Suisse" və "Commerzbank" da daxil olduğu Almaniya Banklar Assosiasiyası avronun rəqəmsal analoqunun yaradılmasını və onu Pan-Avropa (PEPSI) ödəmə sisteminə inteqrasiya etməyi təklif edib. Almanlar bu təşəbbüsün kimə qarşı istiqamətləndiyini gizləmirlər.

"Bu ABŞ tərəfindən olan rəqabət təzyiqinə dözməyin yeganə yoludur", - deyə Assosiasiyadan bildirilir. Qurum, həmçinin "Facebook"un işə salmağa hazırlaşdığı "Libra" rəqəmsal valyutasını "iqtisadi və siyasi münaqişələr üçün potensial səbəb” adlandırıb.

Xatırladaq: hələ avqustun sonunda İngiltərə Bankının rəhbəri Mark Karni bəyan edib ki, ehtiyat valyuta kimi dünyanın dollardan asılılığı olduqca təhlükəlidir və onu qlobal məhsullar səbətinə əsaslanan yeni rəqəmsal valyuta ilə əvəzləməyi təklif edib.

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard
© AP Photo / Gustavo Garello

"Çoxqütblü dünyada bizə çoxqütblü valyuta lazımdır", - deyə vurğulayan Karni əlavə edib ki, hazırda çox ölkələr Amerika iqtisadiyyatının tərəddüdlərindən asılıdır. Bundan əlavə, qlobal maliyyə sisteminin balansı pozulub. Çünki bəzi ölkələr mənfi faiz dərəcələrinə keçib, ABŞ da daxil olmaqla digər ölkələr isə faiz dərəcəsini 0-dan yuxarıda saxlayır.

İngiltərə Bankının rəhbərinin fikrincə, sistemi balansa qaytarmaq üçün yalnız yeni valyuta lazımdır: "Yaxşı olar ki, yeni valyuta rəqəmsal olsun".

Əsas mövzular