Hava limanına enən təyyarə qəflətən alışdı - VİDEO

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidСамолет взлетает в аэропорту
Самолет взлетает в аэропорту - Sputnik Azərbaycan
Abunə olmaq
Şarm-əş-Şeyx aeroportuna enən təyyarənin göyərtəsində 189 sərnişin və 7 ekipaj üzvü olub. Hadisə zamanı kimsə xəsarət almayıb

BAKI, 10 noyabr — Sputnik. Misirdə hava limanına endikdən sonra alışan "SkyUp" aviaşirkətinə məxsus təyyarənın görüntüləri yayılıb.

Sputnik Azərbaycan bildirir ki, video Twitter-də yayılıb.

Təyyarə Şarm-əş-Şeyxə Ukraynanın Zaporojye vilayətindən gəlib. Onun göyərtəsində 189 sərnişin və 7 ekipaj üzvü olub. Hadisə zamanı kimsə xəsarət almayıb.

​Təyyarənin alışmasına səbəb hidravlik sistemdən yağ sızıntısı olub. Hava limanının xilasetmə xidməti alovun qarşısını alaraq onun təyyarənin digər hissələrinə keçməsinə imkan verməyib.

Xəbər lenti
0