BAKI, 10 noyabr — Sputnik. Misirdə hava limanına endikdən sonra alışan "SkyUp" aviaşirkətinə məxsus təyyarənın görüntüləri yayılıb.
Sputnik Azərbaycan bildirir ki, video Twitter-də yayılıb.
Təyyarə Şarm-əş-Şeyxə Ukraynanın Zaporojye vilayətindən gəlib. Onun göyərtəsində 189 sərnişin və 7 ekipaj üzvü olub. Hadisə zamanı kimsə xəsarət almayıb.
SkyUp Boeing 737-800 (UR-SQH) on flight #PQ7153 taxied to its parking stand after landing runway 04 (L/R) at Sharm El Sheikh Intl Airport (HESH), Egypt when hydraulic fluid leaked onto hot brakes causing flames in the left maingear. The fire was exinguished quickly. pic.twitter.com/SpPM3E1kAZ
— JACDEC (@JacdecNew) November 9, 2019
Təyyarənin alışmasına səbəb hidravlik sistemdən yağ sızıntısı olub. Hava limanının xilasetmə xidməti alovun qarşısını alaraq onun təyyarənin digər hissələrinə keçməsinə imkan verməyib.