00:30 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8823
 ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp 9 may paradında Moskvada olmaq istəyir

© REUTERS / JOSHUA ROBERTS
DÜNYA
Qısa URL
1910

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə Trampın 9 may paradında iştirakı ilə bağlı rəsmi cavabın olmadığını bildirib

BAKI, 9 noyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp mayın 9-da Qələbə günü münasibətilə Moskvada təntənəli tədbirdə iştirak etmək istədiyini etiraf edib.

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putininin görüşü
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan-ın “RİA Novosti”yə istinadla məlumatına görə, amerikalı lider dəvətin olub-olmadığı sualını cavablandırarkən deyib.

D.Tramp qeyd edib ki, həqiqətən bu tədbirlərdə iştirak etmək üçün Rusiya Prezidenti Vladimir Putindən dəvət alıb: “Bu, böyük işdir. Mən dəvətə görə təşəkkür edirəm. Amma həmin dönəmlərdə ABŞ-da seçki mövsümünün ortaları olduğundan, Moskvaya səfər edib-etməyəcəyim barədə konkret söz deməyə çətinlik çəkirəm. Amma iştirak etmək istərdim”.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə Trampın 9 may paradında iştirakı ilə bağlı rəsmi cavabın olmadığını bildirib.

Əsas mövzular