Putin və Ərdoğan Soçidə bir araya gəldilər

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган во время встречи
Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган во время встречи - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov qeyd edib ki, iki ölkə rəhbəri arasında danışıqlar ətraflı, mürəkkəb olacaq və uzun çəkəcək

BAKI, 22 oktyabr — Sputnik. Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan Soçidəki “Boçarov ruçey” rezidensiyasında görüş keçirirlər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, görüş zamanı Putin Suriyadakı vəziyyətin kəskin olduğunu bildirib.

Министр обороны РФ Сергей Шойгу, фото из архива - Sputnik Azərbaycan
Şoyqu Suriyada Türkiyə əməliyyatından danışdı – Yaraqlılar nəzarətsiz qalıblar

"Bunu hamı görür və başa düşür. Rusiya ilə Türkiyə arasında bu mövzuda məsləhətləşmələrə ehtiyac çoxdur", - deyə o deyib.

Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov qeyd edib ki, iki ölkə rəhbəri arasında danışıqlar ətraflı, mürəkkəb və çətin olacaq: “Onlar bir çox mövzuları müzakirə etməlidirlər”.

Məlumata əsasən görüş zamanı Türkiyə və Rusiya arasındakı ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün çıxışında qeyd edib ki, rəsmi Ankara kürd silahlıları ilə danışıqlar aparmaq niyyətində deyil. "Biz terrorçuları terrorçu adlandırmağa davam edəcəyik. Biz heç vaxt terror təşkilatı ilə danışıqlar masasına oturmayacağıq", - deyə Ərdoğan bildirib.

Türkiyə lideri "Sülh bulağı" əməliyyatını tənqid edən Qərb ölkələrini terrorçularla həmrəy olmaqda ittiham edib.

Xəbər lenti
0