BAKI, 21 oktyabr — Sputnik. Türkiyənin əməliyyata başlamasından sonra Suriyada hadisələr xoşagəlməz məcrada inkişaf edib. Rusiya, Türkiyə və Birləşmiş Ştatlar regionda təhlükəsizlik səviyyəsini qaldırmalıdırlar. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu Pekində Syanşan Forumunda çıxışı zamanı bildirib.
"Biz hazırda atılan addımlara çox ümid edirik. Bizim türkiyəli və amerikalı həmkarlarımızla qarşılıqlı əlaqələrimiz bu regionda təhlükəsizlik səviyyəsini artıracaq. Son günlər baş verənlər isə çox təəssüflər olsun ki, bizi heç də optimistik fikirlərə kökləmir", - deyə Şoyqu vurğulayıb.
O, həmçinin əlavə edib ki, Türkiyənin Suriyada əməliyyatı ilə bağlı xarici vətəndaşlar olan yaraqlıların saxlanıldığı 12 həbsxana müdafiəsiz, nəzarətsiz qalıb.