Rusiya, Türkiyə və bir sıra Avropa ölkələrinin nümayəndələri Bakıya yığışdılar

© Sputnik / Murad OrujovМолодая пара любуется видом на вечерний Баку
Молодая пара любуется видом на вечерний Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Budəfəki sərgiyə Avropa, Asiya, Amerika və MDB ölkələrinin nümayəndələri qatılıblar. Sərgidə Almaniya, BƏƏ, İran və ilk dəfə olaraq Türkiyəyə aid nümunələr də nümayiş edilib

BAKI, 21 oktyabr — Sputnik. 25-ci Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild 2019" sərgisi və "Xəzər İnşaat Həftəsi"nə start verilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, ötən illə müqayisədə, bu il "BakuBuild" sərgisinin iştirakçılarının sayında 10% artım qeydə alınıb. Budəfəki sərgiyə Avropa, Asiya, Amerika və MDB ölkələrinin nümayəndələri qatılıblar. Sərgidə Almaniya, BƏƏ, İran və ilk dəfə olaraq Türkiyəyə aid nümunələr də nümayiş edilib. Tədbirdə Rusiya Federasiyasını 11 regional qrup təmsil edir.

© Sputnik / Murad OrujovAzərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 12-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm” Sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı
Rusiya, Türkiyə və bir sıra Avropa ölkələrinin nümayəndələri Bakıya yığışdılar - Sputnik Azərbaycan
Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 12-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm” Sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı

Yerli şirkətlər isə sərgi iştirakçılarının 40%-ni, yeni şirkətlərin sayı isə 50%-ni təşkil edir.

Məlumat üçün bildirək ki, 4 iş günü ərzində açıq olacaq sərgidə ziyarətçilər dünyanın 23 ölkəsindən 280 şirkətin yeni məhsulları ilə tanış ola biləcəklər.

"BakuBuild" sərgisi ilə eyni platformada keçirilən Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn "Caspian MebelExpo" sərgisində yumşaq mebel, mətbəx qarniturları, otaqlararası qapılar və mebel ləvazimatlarını təqdim edən yerli və xarici istehsalçılar iştirak edirlər.

12-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri "Securex Caspian" sərgisində iştirakçılar təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulmuş texniki vasitələri, eləcə də avtomatik yanğınsöndürmə vasitələrini, mühafizə siqnalizasiya sistemlərini, mühafizə televiziyası və müşahidəsi sistemlərini, qəza-xilasetmə texnikasını və s. məhsulları nümayış etdirirlər.

Павильон Азербайджана на ВДНХ в Москве - Sputnik Azərbaycan
Azərbaycanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində pavilyonunu İlham Əliyev açacaq

Bununla yanaşı, qeyd edək ki, sərginin keçiriləcəyi 22-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 12-ci Beynəlxalq "İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu "Aquatherm Baku 2019" sərgisi də təşkil olunacaq.

Hər il keçirilən ixtisaslaşdırılmış sənaye sərgisi bu il Çex Respublikası, Çin, İtaliya, Livan, Rusiya, Türkiyə və digər ölkələrin də yer aldığı 19 dünya ölkəsindən 65 şirkəti bir araya gətirməklə, 7% artım nümayiş etdirir. Buradakı  iştirakçıların 36%-ni isə yerli şirkətlər təşkil edir.

Sərginin daimi iştirakçıları arasında "Azertexnolayn", "Anadolu Kafkas Insaat San. ve Tic. A.S.", "Polymart", "Euroclima", "Newcond", "Yusi Ko", "Turan Makina" və s. şirkətlər yer alır. "Aquatherm Baku 2019" sərgisində debüt edən şirkətlərin sayı 60% təşkil edir və bu şirkətlərin əksəriyyəti xarici iştirakçılardır.

Ümumilikdə, sərgidə havatəmizləyicilər, kondisionerlər, radiatorlar, ventilyatorlar, istilik sistemləri, istilik izolyasiya materialları, vanna və cakuzilər, saunalar, üzgüçülük hovuzları, isidicilər, kompressorlar, kulerlər, enerjini idarəetmə sistemləri, ətraf mühiti mühafizə texnologiyaları, filtrlər, fittinqlər, borular, içməli su istehsalı, nasoslar, soyuducular, günəş enerjisi və s. kimi məhsul və xidmətlər təqdim ediləcək.

Kamran Əsədov  - Sputnik Azərbaycan
Ekspert təhsil sərgiləri barədə: regionlarda keçirilməsi daha yaxşı olardı

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dəstək proqramı çərçivəsində mikro, kiçik və orta sahibkarlara dəstək məqsədilə "BakuBuild" sərgisində öz stendi ilə iştirak edir. KOBİA-nın stendində inşaat sektorunda fəaliyyət göstərən KOB-lar öz xidmətlərini və məhsullarını təqdim ediblər.

Sərgi çərçivəsində bir sıra seminarlar baş tutacaq: "Kottec və aşağı mərtəbəli tikinti üçün müasir izolyasiya sistemləri TechnoNICOL"; "Etibarlı yeraltı su izolyasiyası üçün müasir həllər: nəzəriyyə və təcrübə" və s.

23 oktyabrda isə xarici və yerli istehsalçı və distribütorların iştirakı ilə "B2B" formatlı görüşlər keçiriləcək. Ümumilikdə, "B2B" formatlı görüşlərdə əməkdaşlıq perspektivlərini üzbəüz müzakirə etmək üçün 150 şirkət iştirak edəcək.

Sərgi rəsmi olaraq İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Memarlar İttifaqı tərəfindən dəstəklənir. Həmçinin "BakuBuild", "Aquatherm Baku", "Caspian MebelExpo", "Securex Caspian" sərgiləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.

Sərgilərin təşkilatçısı qismində "Caspian Event Organisers" şirkəti çıxış edir. 2019-cu ildə sərgilərin tərəfdaşları arasında "Qafqaz Hotels and Resorts", "Intourist Hotel" və "Boulevard Hotel" mehmanxanaları, eləcə də "Greenwich Travel Club" turoperatoru yer alır.

Qeyd edək ki, 1995-ci ildə təsis edilmiş "BakuBuild 2019" sərgisində ziyarətçilər bu illər ərzində dünyanın 35 müxtəlif ölkəsini təmsil edən 5000-ə yaxın şirkəti bir araya gətiriblər.

Xəbər lenti
0