02:25 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8782
Türk ordusuna məxsus tank, arxiv şəkli

Türkiyə ordusu şəhid verdi

© AFP 2019 / BULENT KILIC
DÜNYA
Qısa URL
Türkiyə ordusu Suriyada (51)
1701

Tel-Abyadda PKK/YPG döyüşçüləri Türkiyə ordusunun mövqelərinə tank əleyhinə, eləcə də yüngül silahlardan atəş açıblar

BAKI, 20 oktyabr — Sputnik. Suriyanın şimalında bir türk əsgər şəhid olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, Tel-Abyadda PKK/YPG döyüşçüləri Türkiyə ordusunun mövqelərinə tank əleyhinə, eləcə də yüngül silahlardan atəş açıblar. Nəticədə Türkiyə ordusunun bir hərbçisi şəhid olub, daha bir əsgər isə yaralanıb.

​Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Oktyabrın 17-də ABŞ və Türkiyə Suriyada atəşin 120 saat müddətində dayandırılması barədə razılığa gəldiklərini açıqlayıblar. Razılaşmaya əsasən, Suriyanın şimalında 30 kilometr dərinlikdə yaradılan təhlükəsizlik bölgəsinə Türkiyə Silahlı Qüvvələri nəzarət edəcək.

Mövzu:
Türkiyə ordusu Suriyada (51)

Əlaqədar

Trampdan Suriya ilə bağlı şok açıqlama
Türkiyə və ABŞ arasında razılaşmanın detalları açıqlandı
Hulusi Kılıç: "Türkiyə olaraq çox böyük bir yükün altındayıq"
Trampa qarşı cinayət işi tələb edildi – Ərdoğana məktuba görə
Onlar üçün Suriya "macərası" bitdi

Əsas mövzular