05:37 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
25 0 0

Bəyanatda Aİ, həmçinin Suriya dövlətinin tamlığını, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirilib

BAKI, 14 oktyabr — Sputnik. Avropa İttifaqı (Aİ) Türkiyəni Suriyanın şimal-şərqində həyata keçirdiyi əməliyyatı dayandırmağa və qoşunlarını bu ölkədən çıxarmağa çağırıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirlərinin bazar ertəsi qəbul etdiyi bəyanatında deyilir.

ABŞ və Türkiyə hərbçiləri, arxiv şəkli
©U.S. Army/Staff Sgt. Andrew Goedl/Handout via REUTERS

Aİ bəyanatında Türkiyənin hərbi əməliyyatını qınadığını və bu əməliyyatın "bütün regionda sabitliyi və təhlükəsizliyi ciddi olaraq sarsıtdığını" deyib.

"Bu həmçinin İŞİD-lə mübarizə üzrə qlobal koalisiyanın əldə etdiyi əhəmiyyətli irəliləyişi sarsıdır", - Aİ Şurasının Lüksemburqdakı nümayəndələrinin yaydığı bəyanatda deyilir.

Bəyanatda Aİ, həmçinin Suriya dövlətinin tamlığını, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirilib.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Suriyanın şimalında "Kürdüstan Fəhlə Partiyası" və İŞİD terror təşkilatlarına qarşı "Sülh bulağı" adlı əməliyyatın başladığını elan edib.

Əsas mövzular